Agentlik: 60 yaşdan yuxarı müəllimlər sertifikasiyadan keçməsələr, müqavilələri uzadılmayacaq
6-06-2024, 11:53
1 554

Agentlik: 60 yaşdan yuxarı müəllimlər sertifikasiyadan keçməsələr, müqavilələri uzadılmayacaq

Əmək müqaviləsinin uzadılmasını iddia edən 60 yaş üzərində olan müəllimlər sertifikasiya imtahanından keçməsələr, müraciətlərinə baxılmayacaq.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, bəzi hallarda 60 yaş üzəri təcrübəli və peşəkar müəllimlər əmək müqavilələrinin uzadılması ilə bağlı müraciət edirlər: "Həmin şəxslərin tədris prosesində iştirakı üçün sertifikasiya imtahanında iştirakı arzuolunandır. Çünki həmin şəxslərin müraciətinə baxılanda onun biliyinin qiymətləndirilməsi nəticəsi əsas götürülür".

E.Bağırov bildirib ki, iyunun 21-24-ü aralığında keçiriləcək sertifikasiya imtahanında 600 nəfərə yaxın belə müəllim könüllü şəkildə iştirak üçün qeydiyyatdan keçib.

Qeyd edək ki, 60 yaş üzəri müəllimlərin sertifikasiya imtahanında iştirakı könüllüdür.
1 1

Şərhlər

Oxşar xəbərlər