Quba-Xaçmaz RTİ-nin tabeliyindəki 6 məktəbə yeni direktor təyin edilib
27-05-2024, 13:20
535

Quba-Xaçmaz RTİ-nin tabeliyindəki 6 məktəbə yeni direktor təyin edilib

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin vakant direktor vəzifələrinə müəssisələr üzrə yeni təyinatlar həyata keçirilib.
 
TehsilForumu.Az bildirir ki bu barədə "Azərbaycan müəllimi" xəbər verir  bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov müvafiq əmr imzalayıb.
 
Əmrə əsasən, Habil Bayramlı Quba şəhər Hacıbaba Əliyev adına 1 nömrəli tam orta məktəbin direktoru, İbad Bayramov Quba şəhər 6 nömrəli tam orta məktəbin direktoru, Üzeyir Muradlı Quba rayonu Dağlı kənd tam orta məktəbin direktoru, Gülnar Hüseynova Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin direktoru, Azad Tağıyev Xaçmaz rayonu Xudat şəhər Telman Fərzəliyev adına 1 nömrəli tam orta məktəbin direktoru, Elşad Sultanov Siyəzən şəhər Cəfər Cabbarlı adına 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin ediliblər.
1 0

Şərhlər

Oxşar xəbərlər