Biləsuvarda ilk dəfə müəllimlərin sertifikasiya imtahanları keçiriləcək
22-05-2024, 07:45
389

Biləsuvarda ilk dəfə müəllimlərin sertifikasiya imtahanları keçiriləcək

Biləsuvar rayonunda ilk dəfə olaraq müəllimlərin sertifikasiya imtahanları keçiriləcək.

TehsilForumu.Az xəbər verir ki , "Report"un Muğan bürosunun məlumatına görə, bu vaxta qədər olan bu tipli imtahanlar Şirvan-Salyan Regional Təhsil İdarəsinin inzibati binasının yerləşdiyi (Salyan şəhəri) rayonda keçirilib.

Bu ildən isə artıq Biləsuvar rayonunda müvafiq imtahan mərkəzində sözügedən proses baş tutacaq.

Xatırladaq ki, ilk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 21, 22, 24 iyunda, ötən il uğur qazana bilməyən müəllimlərin təkrar sertifikatlaşdırılması isə 8 iyunda keçiriləcək.

Təkrar və ilk dəfə sertifikatlaşdırmaya cəlb ediləcək müəllimlər test imtahanlarının keçiriləcəyi saat, tarix və məkanla bağlı məlumatlarla portal.edu.az platformasında şəxsi kabinetləri vasitəsilə tanış ola bilərlər.
0 0

Şərhlər

Oxşar xəbərlər