Rəsmi
9-12-2021, 16:18
466
Təhsil işçilərinə dövlət təltifləri təqdim olunub
TehsilForumu.Az məllumat verir ki, dekabrın 7-də Bakı şəhəri 20 nömrəli məktəb-liseydə bir qrup təhsil işçisinə dövlət təltiflərinin təqdim olunması mərasimi keçirilib.
Tədbirdə Zəngilan rayon 7 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Quliyeva Simuzər Valeh qızına təhsil naziri cənab Emin Əmrullayev tərəfindən “Tərəqqi” medalı və vəsiqəsi təqdim olunub.
Qeyd edək ki, ölkə Prezidenti cənab İlham Əliyevin 5 oktyabr 2021-ci il tarixli sərəncamına əsasən 71 nəfər “Əməkdar müəllim” fəxri adına, 4 nəfər 3-cü dərəcəli “Əmək” ordeninə, 80 nəfər isə “Tərəqqi” medalına layiq görülüb.
Zəngilan RTŞ-nin rəhbərliyi və kollektivi Simuzər müəlliməni təbrik edir və ona pedaqoji fəaliyyətində uğurlar arzu edir.
Uğurlar arzulayırıq Nigar Müəllimə Məmmədova
Şərhlər