"Bəzən heç bir günahı olmayan müəllim bullinqə məruz qalır"
1-12-2023, 07:35
553

"Bəzən heç bir günahı olmayan müəllim bullinqə məruz qalır"

"Dünyanın heç bir yerində nazirlik müəllimlə müəllim, müəllimlə direktor, müəllimlə şagird arasındakı mübahisələri həll edən qurum deyil".

TehsilForumu.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da media üçün keçirilən brifinqdə deyib.

"Məsələn bizə müəllimlərin hansı şərtlərlə işə qəbulu, imtahanların modeli və s. suallar verilə bilər. Yəni çərçivələri müəyyən edən qurum nazirlikdir. Lakin məktəbləri idarə edən orqan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyidir. Yəqin ki, hər biriniz məktəbdə yıxılmısınız, hansısa sinif yoldaşınızla aranızda mübahisə olub. Demirik ki, bu məsələlər bizi maraqlandırmır. Sadəcə bu tip sualları agentliyə ünvanlasanız, daha yaxşı olar. Hazırda müşahidə edilən mühit istər məktəb, istərsə də müəllimin nüfuzunu artırmır. Bəzən görürük ki, heç bir günahı olmayan müəllim bu tip hadisələrə görə bullinqə məruz qalır".
1 0

Şərhlər

Oxşar xəbərlər