Bir sıra məktəblərdə kameralar quraşdırılacaq
30-11-2023, 16:00
1 926

Bir sıra məktəblərdə kameralar quraşdırılacaq


TehsilForumu.Az xəbər verir ki, Gəncədə orta təhsil müəssisələrində yenilik olacaq. 

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda çıxış edib. O bildirib ki, yaxın vaxtlarda Nizami yurdunun məktəblərində müşahidə kameraları quraşdırılacaq.

“Bu gün “Məktəblinin dostu” layihəsi çərçivəsində 200-ə yaxın məktəbdə müşahidə kameraları quraşdırılıb. Gəncə və Lənkəran da bu layihəyə qoşulacaq. Beləliklə, kamera quraşdırılacaq məktəblərin sayı artırılacaq. Ümumilikdə sözügedən məsələ gündəliyimizdədir”, – deyə Bağırov bildirib.
2 1

Şərhlər

Oxşar xəbərlər