Sertifikasiyanın tarixi dekabrın ilk həftəsində açıqlanacaq..- ƏTRAFLI
30-11-2023, 06:46
1 007

Sertifikasiyanın tarixi dekabrın ilk həftəsində açıqlanacaq..- ƏTRAFLI

Xəbər verdiyimiz kimi, bu il Azərbaycan dili, ədəbiyyat və ibtidai sinif müəllimlərinin sertifikatlaşdırılması prosesi yekunlaşıb.

İki fənn tədris edən müəllimlərin sertifikasiyası necə olacaq? 

Nazirlikdən verilən məlumata əsasən növbəti il hansı fənn müəllimlərinin sertifikasiyadan keçəcəyi barədə dekabr ayının ilk həftələrində məlumat veriləcək.

 

Məlumdur ki, məktəblərdə iki fənn üzrə (riyaziyyat-informatika, tarix-coğrafiya və s.) tədris aparan müəllimlər mövcuddur.

 

Bəs sözügedən müəllimlər sertifikasiya prosesindən necə keçəcək? Onlar hər iki fəndən müsabiqədə iştirak edə bilər?

 
TehsilForumu.Az  xəbər verir ki, Təhsil İnstitutu İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli sözügedən məsələyə aydınlıq gətirib:

 

“İki ixtisas fənnini tədris edən müəllim yalnız bir fəndən sertifikasiyada iştirak edə bilər.Bu seçim özlərinə buraxılır. İkili ixtisas fənninə sahib olan müəllimlərin hansı fənndən sertifikasiyaya cəlb olunacağı zamanı məktəbdəki müəllimlərin sayına, onların qiymətləndirmə nəticələrinə, dərs yükünə baxılır. Müəllimlərimizin hansı fənndən dərs saatı çoxdursa, aydın məsələdir ki, artıq o fənn üzrə peşəkarlaşmış olur. Ona görə də, həmin fənn üzrə seçim edib bu prosesə cəlb olunurlar. Amma onların bir fənndən sertifikasıyadan keçməsi, digər fənni tədris etməsinə şərait yaratmır”.
0 0

Şərhlər

Oxşar xəbərlər