Sertifikasiya balı yerdəyişmədə nəzərə alınmır – Rəsmi
22-09-2023, 15:50
1 272

Sertifikasiya balı yerdəyişmədə nəzərə alınmır – Rəsmi

Müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsində diaqnostik qiymətləndirmə balı və Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında topladığı bal nəzərə alınır.

 

Bəs növtəbi illərdə bu prosesdə sertifikasiya balı nəzərə alınacaq?

 
TehsilForumu.Az xəbər verir ki , sözügedən mövzu ilə bağlı Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli açıqlama verib:

 

“Sertifikasiyadan hələ ki, Azərbaycan dili, ədəbiyyat və ibtidai sinif müəllimləri keçib. Ona görə digər müəllimlərlə qeyri-bərəbərlik yaranmasın deyə, bu il sertifikasiya balının iş yerinin dəyişdirilməsində nəzərə almadıq. Düşünürəm ki, növbəti illərdə , sertifikatlaşdırma yekunlaşdıqdan sonra, müəllimlər sertifikasiya balından istifadə edə biləcəklər. Amma bu il üçün nəzərdə tutulmur".
1 0

Şərhlər

Oxşar xəbərlər