Şuşada tikilən məktəb nə vaxt hazır olacaq? - NAZİR AÇIQLADI
6-12-2021, 17:46
502

Şuşada tikilən məktəb nə vaxt hazır olacaq? - NAZİR AÇIQLADI

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Şuşada inşa olunan 1 nömrəli məktəbin tikintisi davam edir.
TehsilForumu.Az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, məktəbin tikintisi 2022-ci ilin dekabr ayında bitəcək.

Nazir xatırladıb ki, məktəb 960 nəfərlik tutuma malik olacaq.

Qeyd edək ki, həmin məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Prezidentin Ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılmışdı.
0 0

Şərhlər

Oxşar xəbərlər