Nazirlikdən sertifikasiya imtahanlarının vaxtı ilə bağlı AÇIQLAMA
10-05-2023, 16:33
13 560

Nazirlikdən sertifikasiya imtahanlarının vaxtı ilə bağlı AÇIQLAMA


Sosial şəbəkələrdə bu ilin yayında keçiriləcək müəllimlərin sertifikatlaşdırma imtahanlarının vaxtı ilə bağlı müxtəlif tarixlər qeyd olunur. Sertifikatlaşdırmanın gah iyunun ortaları, gah da sonlarında olacağını deyənlərlə yanaşı, prosesin iyulun əvvəlində başlayacağını iddia edənlər də var.
 

Qeyd edək ki, bu il ölkə üzrə ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikatlaşdırılması həyata keçirləcək.

 
İmtahanların vaxtı ilə bağlı yayılmış informasiyaların rəsmi əsası varmı? Bu il sertifikatlaşdırma prosesinə cəlb olunacaq ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sayı dəqiqləşibmi?

TehsilForumu.Az xəbər verir ki , bununla bağlı Elm və Təhsil Nazirliyinə müraciət edilib

Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, sertifikasiya imtahanlarının keçiriləcəyi tarixlər barədə sosial şəbəkələrdə qeyd edilənlər həqiqəti əks etdirmir:

"Tarixlər məlum olarsa, müəllimlərin şəxsi kabinetlərinə bu barədə bildiriş ötürüləcək".

 

Nazirlikdən o da deyilib ki, bu il sertifikasiyaya cəlb olunacaq müəllimlər barədə yekun statistika təhsilverənlərin qeydiyyat prosesi yekunlaşdıqdan və məlumatların emalından sonra açıqlanacaq.

 

Xatırladaq ki, 2022-ci ilin yayından təhsilverənlərin sertifikatlardırılmasına başlanılıb. Elm və Təhsil Nazirliyi tərəfindən ilkin mərhələdə ibtidai sinif müəllimləri sertifikatlaşdırma prosesinə cəlb olunub və 8 mindən çox təhsilverən prosesdən keçib. Ötən il sertifikatlaşdırması prosesində kəsilən 2803 müəllim bu il təkrar imtahan verməli olacaq.

Sertifikatlaşdırma iki mərhələdən - test və müsahibədən ibarətdir. Sertifikasiyanın test imtahanı zamanı müəllimlərə 120 dəqiqə vaxt verilir. Bu müddətdə onlar 60 suala (50 ixtisas, 10 metodika) cavab verməlidirlər.


Hər sualın düz cavabı 1 bal qiymətləndirlir. Səhv cavablandırılan suallar toplanan baldan çıxılmır.
Test mərhələsində azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar.

Müsahibə mərhələsində hər bir təhsilverənə 20 dəqiqə vaxt ayrılır.

Müsahibə mərhələsi müəyyən edilmiş meyarlar əsasında maksimum 40 (qırx) balla qiymətləndirilir. Müsahibə zamanı müəllimlərin aşağıdakı bacarıqları yoxlanılır:mövzunu təqdimetmə bacarığı;

- təhsilalanları qiymətləndirmə bacarığı;

- özünü təqdimetmə bacarığı;

- pedaqoji prosesi təşkiletmə bacarığı;

- ünsiyyət bacarığı.


Hər bir meyar 4 ballıq şkala əsasında ölçülür.


Müsahibə mərhələsində azı 20 bal toplamış təhsilverənlər bu mərhələdən keçmiş hesab edilirlər. 

Sertifikatlaşdırmanın test imtahanı mərhələsində keçid balını toplamayan şəxslər təkrar sertifikatlaşdırmada iştirak etməlidir. 

Sertifikatlaşdırmada 30-50 bal toplayanların maaşı 10 faiz, 51-60 bal toplayanların maaşı isə 35 faiz artırılır.
8 3

Şərhlər

Oxşar xəbərlər