Şagirdlərimiz beynəlxalq Olimpiadada uğur qazanıb
8-05-2023, 11:00
627

Şagirdlərimiz beynəlxalq Olimpiadada uğur qazanıb

Qazaxıstanın Astana şəhərində 57-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadası (IMChO) keçirilib. 

 

TehsilForumu.Az xəbər verir ki , Nazirlikdən bildirilib ki, nəzəri və praktiki hissədən ibarət olan olimpiadada 20-dən çox ölkə iştirak edib. 

 

Bilik yarışmasında milli komandamız uğurla iştirak edərək ölkəmizə daha bir medal qazandırıb. Belə ki, Türkiyə Dəyanət vəqfi Bakı türk liseyinin XI sinif şagirdi Dəniz Səttarlı bürünc medala layiq görülüb. Bundan əlavə, Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Həmid Xəlilova olimpiada təşkilatçıları tərəfindən xüsusi hədiyyə təqdim edilib. 

 

Məktəblilərimizi təbrik edir və daha böyük uğurlar arzulayırıq! 
5 0

Şərhlər

Oxşar xəbərlər