Sabah ilin ikinci Günəş tutulması baş verəcək
3-12-2021, 13:28
444

Sabah ilin ikinci Günəş tutulması baş verəcək

Dekabrın 4-də ilin ikinci Günəş tutulması baş verəcək.
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından TehsilForumu.Az bildirilib ki, ikinci Günəş tutulması 2021-ci il dekabrın 4-də saat 09:29:16-da başlayacaq və 13:37:26-da sona çatacaq.

 Bu, tam Günəş tutulmasıdır.

 Onun maksimumu 11:34:38-də olacaq. 

Qismən tutulma hadisəsi Avstraliyanın cənubu, Afrikanın cənubu, Cənubi Amerikanın cənubu, Sakit, Atlantik, Hind okeanlarında, tam tutulma isə Antarktidada müşahidə olunacaq. 

Tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.


0 0

Şərhlər

Oxşar xəbərlər