İsmayıllıda yeni seysmik stansiya quraşdırılıb.
15-11-2021, 15:06
319

İsmayıllıda yeni seysmik stansiya quraşdırılıb.

Respublika ərazisində seysmik monitorinq şəbəkəsinin genişləndirilməsini davam etdirən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) əməkdaşları tərəfindən İsmayıllı rayonunun Zərnava kəndində daha bir seysmik stansiyanın quraşdırılması işləri başa çatdırılıb.

Bu barədə TehsilForumu.Az- a AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsindən məlumat verilib.

Bildirilib ki, bu beynəlxalq qrant layihəsi çərçivəsində respublika ərazisində quraşdırılan sayca üçüncü yeni seysmik stansiyadır.

Qeyd edək ki, layihə çərçivəsində ümumilikdə 22 yeni seysmik stansiyanın quraşdırılması nəzərdə tutulur. Həmin stansiyaların on ikisi palçıq vulkanlarının ətrafında quraşdırılacaq.
0 0

Şərhlər

Oxşar xəbərlər