
Rəsmi
3-12-2021, 11:13
399
iOS inkişafının əsasları” mövzusuna həsr olunan tədbir keçiriləcək
TehsilForumu.Az - Bakı Mühəndislik Universitetinin (BMU) Elm və innovasiya şöbəsinin təşkilatçılığı ilə “Google” şirkətinin BMU üzrə Proqramçı Tələbələr Klubunun (Google Developer Students Club-Google DSC) növbəti sessiyası keçiriləcək.
4 dekabr 2021-ci il tarixində saat 14:00-da baş tutacaq tədbirin qonağı iOS Software Developer Ayxan Hacıyevdir.
“iOS inkişafının əsasları” mövzusuna həsr olunacaq sessiya ərzində geniş müzakirələr aparılacaq, mövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılacaq
Şərhlər