DİM 11-cilər üçün təkrar buraxılış imtahanı KEÇİRƏCƏK
16-03-2023, 20:23
3 558

DİM 11-cilər üçün təkrar buraxılış imtahanı KEÇİRƏCƏK

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilmiş 5 və 12 mart tarixli buraxılış imtahanlarında üzrlü və ya üzrsüz səbəblərdən iştirak edə bilməyən 11-ci sinif şagirdləri təktrar imtahanda iştirak edə biləcəklər.

TehsilForumu.Az məlumat verir ki AzEdu.az saytına istinadən  xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib. Qeyd edilib ki, təktrar imtahanda iştirak etmək istəyən 11-cilər bunun üçün Dövlət İmtahan Mərkəzinə ərizə ilə müraciət edə bilərlər.

Məlumata görə, 2 aprel tarixində keçiriləcək təkrar imtahanda aşağıdakı şəxslər iştirak edə biləcəklər:

 - Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olunmaq istəyənlər;

 - Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları (11 illik);

 - Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları (11 illik);

 - Mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri;

 - Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər.
0 0

Şərhlər

Oxşar xəbərlər