
Rəsmi
13-03-2023, 14:10
244
Nazir dövlət imtahanının ləğv edilməsindən danışdı
“Ali təhsil müəssisələrində dövlət imtahanlarının ləğvi yeni məsələ deyil. Bu, 2020-ci təsdiq olunan təhsil standartında var idi”.
TehsilForumu.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazirin sözlərinə görə, 2023-2024-cü ildə ali təhsil müəssisəsini bitirənlər dövlət imtahanı verməyəcəklər:
“2020-2021-ci ildə universitetə qəbul olanlar ali məktəbi bitirəndə dövlət imtahanı verməyəcəklər. Dövlət imtahanı verənlər isə köhnə standartlarla təhsil alanlardır”.
Həmçinin oxuyun: Ali məktəblərdə dövlət imtahanı ləğv olunub - RƏSMİ