
Rəsmi
13-03-2023, 11:24
143
"Ali təhsilli şəxslərin iş tapmasında müəyyən çətinliklər yaşanır"
"Bu gün əmək bazarında ali təhsilli şəxslərin iş tapmasında müəyyən çətinliklər yaşanır".
TehsilForumu.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib.
Nazirin sözlərinə görə, kollec məzunlarında bu problem daha dərindir:
"Bu gün orta ixtisas təhsili müəssisələri əmək bazarı tərəfindən o qədər də tam anlaşılmır. Ona görə də “Ali təhsil haqqında” qanun layihəsində kolleclərin ali təhsilin bir hissəsi kimi tanınması təşəbbüsü var”.