Məktəb mühafizəçisinin vəzifə təlimatı - Dəyişiklik edilir
22-02-2023, 15:20
3 416

Məktəb mühafizəçisinin vəzifə təlimatı - Dəyişiklik edilir

1. Ümumi müddəalar :

1.1.Mühafiəzəçi texniki işçilər kateqoriyasına aiddir .   

1.2. Mühafizəçi vəzifəsinə ???????????? şəxs təyin edilir.  

1.3. Mühafizəçi vəzifəsinə təyin etmə və vəzifədən azad etmə müəssisənin təsərrüfat işləri üzrə vəzifəli şəxsin təqdimatı ilə həyata keçirilir. 

 

  1.4. Mühafizəçi bilməlidir :

1.4.1. Mühafizə fəaliyyətini nizamlayan, Azərbaycan Respublikasının qanunlarını və digər normativ-hüquqi aktlarını  

1.4.2. Obyektin və maddi dəyərlərin mühafizəsi üzrə işin təşkilini nizama salan təlimatları, əmrləri, digər normativ sənədləri. 

1.4.3. Müəssisənin xüsusiyyətini və strukturunu və onun bölmələrinin iş rejimini. 

1.4.4. Buraxılış rejimi üzrə təlimatı. 

1.4.5. Buraxılış vərəqələrin, buraxılış sənədlərin nümunələrini.

1.4.6. ticarət-maddi dəyərlərin daxil edilməsinə və çıxarılmasına səlahiyyət vermək hüququ olan vəzifəli şəxslərin imzalarını. 

1.4.7. Çıxarılan yüklərin yoxlama qaydalarını. 

1.4.8. Oğurluq edən şəxslərin saxlanılma qaydalarını, onlara materialların rəsmiləşdirilmə qaydalarını. . 

1.4.9. Mühafizə-yanğın siqnalizasiyanın texniki vasitələrindən istifadə qaydalarını. 

1.4.10. Ayrı olan otaqların mühafizəyə qəbul etmə qaydalarını, siqnalizasiyanın işləməsinə münasibət göstərmə qaydalarını. 

1.4.11. İlkin yanğınsöndürmə vasitələrin yerləşmə yerlərini, onlardan istifadə qaydalarını. 

1.4.12. Daxili əmək initzamı qaydalarını və mühafizə edilən obyektdə buraxılış rejimi haqqında təlimatı.  

1.4.13.Əşyaların və şəxslərin yoxlanılma qaydalarını, inzibati saxlanma istehsalı qaydalarını qanunu pozanlara materialın rəsmiləşdirmə qaydalarını, , radio vasitələrin və danışıq cihazların tətbiq etmə qaydalarını.

.

1.4.14. İlkin tibbi yardımın göstərilmənin ümumi qaydaları  

1.4.15. Əmək mühafizəsini , təhlükəsizlik texnikasının və yanğlna qarşı müdafiənin qayda və normalarını.  

1.5. Mühafizəçi  bilavasitə   təsərrüfat işləri üzrə direktor müvininə (təsərrüfat müdirinə) tabedir. 

 



2. Mühafizəçinin vəzifə öhdəlikləri :

2.1. Obyektlərin və maddi dəyərlərin mühafizəsi üzrə xidmət aparır. 

2.2. Mühafizə olunan obyektə keçən şəxslərin (obyektdən çıxan) sənədlərinin yoxlanılmasını aparır və maddi dəyərlərin içəri gətirilməsinə və çıxarılmasına( aparılmasına) nəzarət edir. 

2.3. Əşyaların və həmçinin işçi və qulluqçuların şəxsi yoxlanışını aparır. 

2.4. Müəssisədə qurulmuş mühafizə və mühafizə-yanğın siqnalizasiya cihazların işinə nəzarət edir. 

2.5.Cihazların işə düşməsi haqqında məktəbin təsərrüfat müdirinin qarovul rəisinə və lazım olan zaman- daxili işlər orqanına və ya yanğın hissəsinə məlumat verir. 

2.6. Siqnalizasiyanın işə düşməsi səbəblərini araşdırır və nizam-intizamı pozanların saxlanılmasına və ya yanğının ləğv edilməsinə tədbirlər görür. 

2.7. Maddi məsuliyyətli şəxslərdən siqnalizasiya ilə təchiz edilmiş ayrı otaqları mühafizə üçün qəbul edir.  

2.8. Mühafizə edilən obyektdə həyəcan siqnalı elan olunan zaman nəzarət-buraxılış məntəqəsini bağlayırlar, bütün şəxslərin obyektə girişlərini və obyektdən çıxışlarını ancaq gözətçi qrupun rəisinin ( obyekt üzrə növbətçinin) icazəsi ilə həyata keçiri.

2.9. Mühafizə edilən obyektdə nizam-intizam pozulmaların qabağın alınması və qarşısı alınması üzrə hərəkət edir. 

2.10. Mühafizə edilən obyektdən qanunsuz olaraq maddi dəyərləri çıxartmağa ( aparmağa) çalışan şəxslərin və ya nizan-intizamın pozulmasına şübhəli şəxslərin saxlanmasını və onların qarovul otağına və ya milis şöbəsinə müşayiətini həyata keçirir.

 2.11. Mühafizə edilən obyektdə qurulmuş mühafizə və mühafizə-yanğın siqnalizasiya cihazların işinə nəzarət edir. 

2.12. Hər gün pilləkənləri zibildən və qardan təmizləyir. 

 

 

3. Mühafizəçi aşağıdakı hüquqlara malikdir :

3.1.Müəssisə rəhbərliyinin , onun fəaliyyətinə aid olan qərarlari ilə tanış olmaq.

3.2.Təşkilat rəhbərliyindən, onun vəzifə öhdəliklərin və hüquqların yerinə yetirilməsində, ona köməklik göstərilməsini tələb etmək. 

4. Mühafizəçi aşağıdakı məsuliyyətləri daşıyır:  

4.1. Hazırkı vəzifə təlimatda nəzərdə tutulan, öz vəzifə öhdəliklərinin lazımı dərəcədə yerinə yetirilməməsinə və ya yetirilməməsinə görə - Azərbaycan Respublikasının güvvədə olan əmək qanunvericiliyi ilə müəyyən edilmiş hüdudlarda. 

4.2. Öz fəaliyyətini həyata keçirilməsi prosesində etdiyi pozuntulara görəAzərbaycan Respublikasının güvvədə olan inzibati, cinayət və mülki qanunvericiliyi ilə müəyyən edilmiş hüdudlarda. 

 4.3. Maddi zərərin vurulmasına görə- Azərbaycan Respublikasının güvvədə olan iəmək və mülki qanunvericiliyi ilə müəyyən edilmiş hüdudlarda. 

.

Mühafizəçinin vəzifə təlimatı ___________uyğun işlənib
0 0

Şərhlər

Oxşar xəbərlər