BDU və MDU-nun birgə təşkilatçılığı ilə növbəti ustad dərs keçirilib
15-11-2021, 13:25
306

BDU və MDU-nun birgə təşkilatçılığı ilə növbəti ustad dərs keçirilib

2021-ci ilin 12 noyabr tarixində Bakı Dövlət Universiteti (BDU) və Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlıq çərçivəsində “Ustad dərsləri” layihəsi üzrə növbəti mühazirə dinlənilib.
TehsilForumu.Az xəbər verir ki, mühazirədə hər iki universitetin müəllimləri, tələbə, magistrant və doktorantları iştirak ediblər.
“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən mühazirəyə MDU-nun  Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova moderatorluq edib.
BDU-nun Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli “Müasir Azərbaycan mediasının problemləri” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycan mediasının aktual probremlərindən danışan professor müasir jurnalistikanın qarşısında duran vəzifələrdən, yazı stilistikasından, xəbərlərin obyektivliyindən, sosial medianın yaratdığı imkanlardan, informasiya təhlükəsizliyi və digər mövzulardan danışıb. Mediada operativliyin vacibliyindən söz açan Cahangir Məmmədli peşəkar jurnalistlərin kütləvi informasiya vasitələrində uğurlu fəaliyyətlərindən bəhs edib. Böyük maraqla qarşılanan məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb və təqdim edilən suallar ətraflı cavablandırılıb.
Qeyd edək ki, MDU-da akademik potensialın gücləndirilməsi məqsədilə ölkəmizin qabaqcıl və qocaman ali təhsil müəssisəsi olan BDU ilə əməkdaşlığa xüsusi önəm verilir. Sözügedən əməkdaşlığın effektivliyinin yüksəldilməsi məqsədilə universitetlər arasında çoxşaxəli birgə fəaliyyət planı həyata keçirilir. Tələbə və magistrantların, akademik və inzibati heyət üzvlərinin hərtərəfli inkişafına hədəflənən bu fəaliyyət planı ustad dərsləri, konfranslar, dəyirmi masalar, elmi seminarlar, təlimlər, təcrübə mübadiləsi və müxtəlif məzmunlu tələbəyönümlü tədbirləri özündə ehtiva edir.

0 0

Şərhlər

Oxşar xəbərlər