Bu şəxslərin də maaşları artırıldı - QƏRAR
21-01-2023, 12:00
571

Bu şəxslərin də maaşları artırıldı - QƏRAR

Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) maaşları artırılıb.

TehsilForumu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, onların aylıq vəzifə maaşları 2023-cü il yanvarın 1-dən aşağıdakı məbləğdə müəyyən edilib:



Bu Qərarda qeyd olunan işçilərin mükafat- landırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların çalışdıqları dövlət orqanlarında həmin işçilər üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.

Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

Dəyişikliyə qədər kateqoriyalar üzrə dövlət orqanlarında aylıq vəzifə maaşının məbləğləri müvafiq olaraq, 370, 355, 335 və 315 manat müəyyən edilmişdi.
0 0

Şərhlər

Oxşar xəbərlər