
Rəsmi
1-12-2021, 10:40
615
Məktəb inspektoru üzrə müraciətlərin qəbulu davam edir
TehsilForumu.Az Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən elan edilən “Məktəb inspektoru” vəzifəsi üzrə vakansiyaya müraciətlərin qəbulu davam edir.
Müraciət etmək istəyən namizədlər öz CV-lərini bu keçid vasitəsilə göndərə bilərlər. Son müraciət tarixi 10 dekabr 2021-ci ildir.
Məqsəd “Məktəblərdə keyfiyyət inspeksiyası” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində inspeksiyaların həyata keçirilməsidir.
Ətraflı məlumatı müvafiq linkə daxil olaraq əldə edə bilərsiniz.
Şərhlər