
Rəsmi
1-12-2021, 08:13
455
Nizami Gəncəvi – 880” adlı biblioqrafiya çapdan çıxıb
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən “Nizami Gəncəvi – 880” adlı biblioqrafiya çap olunub.
Bu barədə TehsilForumu.Az - a AMEA-dan bildirilib. Müəssisənin Elmi şurasının qərarı ilə çap olunan biblioqrafiyanın baş elmi məsləhətçisi və “Ön söz”ünün müəllifi institutun baş direktoru akademik Teymur Kərimli, tərtibçisi Biblioqrafiyaşünaslıq şöbəsinin müdiri filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərlidir.
Yeni nəşrin elmi redaktorları institutun şöbə müdirləri Firəngiz Hüseynova və Qutiyera Cəfərova, sahə redaktoru isə qurumun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfovdur.
Biblioqrafiyada dahi Nizami Gəncəvinin həyatı və ölməz yaradıcılığı haqqında Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitab və monoqrafiyalar, dahi şairin yaradıcılığının tədqiqinin nəticəsi olan dissertasiyalar, eyni zamanda, dövri mətbuatda dərc edilmiş materiallar haqqında məlumatlar yer alıb. Yeni nəşrdə Nizami yaradıcılığının dünya müstəvisində tədqiqi, həmçinin ədibin qələmə aldığı əsərlərin dünya ədəbiyyatının inkişafına təsiri barədə materiallar öz əksini tapıb.
Alim və mütəxəssislər, tədqiqatçılar, eləcə də nizamisevərlər üçün nəzərdə tutulmuş kitabın hər bölməsində materiallar xronoloji qaydada təqdim olunub.
Şərhlər