Müəllimlər bu hüquqlarından xəbərsizdirlər – Təhsil qanunvericiliyi
14-11-2021, 09:26
914

Müəllimlər bu hüquqlarından xəbərsizdirlər – Təhsil qanunvericiliyi

TehsilForumu.Az  xəbər verir ki, Təhsilverənlərin hüquqlarının qorunması və inkişaf etdirilməsi tədris sistemində vacib məsələlərdən biridir.
 
 
Bəs təhsilverənlər hansı hüquqlara sahibdir:

Normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti, müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq;
 
 
Təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq tədris prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, təkliflər irəli sürmək; 
 
 
Tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək, metodik vəsaitlərlə təmin olunmaq;
 
 
Şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;
 
 
Təhsil müəssisəsində vəzifə tutmaq, seçkili vəzifələrə seçmək və seçilmək; 
 
 
Yeni ixtisas almaq, staj keçmək, ixtisas və elmi dərəcəsini yüksəltmək; 
 
 
Müəyyən edilmiş hallarda və qaydada mükafatlandırılmaq və təltif olunmaq;
 
 
Təhsil müəssisəsində uzun müddət qüsursuz çalışan və onun elmi-pedaqoji həyatında mühüm xidmətləri olan professorlara aylıq əmək haqqı və əlavələr, digər güzəştlər və imtiyazlar saxlanılmaqla, akademik və inzibati vəzifədən azad olunmaq şərti ilə məsləhətçi-professor vəzifəsini tutmaq;
 
 
Qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
 
 
 
0 0

Şərhlər

Oxşar xəbərlər