DİM-dən sınaq imtahanlarının qiymətlərinin qalxmasına cavab -RƏSMİ
30-11-2021, 13:31
505

DİM-dən sınaq imtahanlarının qiymətlərinin qalxmasına cavab -RƏSMİ

Sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi sınaq imtahanlarının qiymətinin 40 manata qaldırılması ilə bağlı fikirlər səslənib.
 
 
Məsələ ilə bağlı DİM-in Mətbuatla İş sektorunun müdiri Xanlar Xanlarzadə TehsilForumuz.Az-a açıqlamasında bildirib ki, kağız daşıyıcılarla keçirilən sınaq imtahanlarının qiyməti 40 manatdır.
 
 
Qeyd edək ki, həmin qayda 2020-ci ildə keçirilən sınaq imtahanlarına da aid edilib.
 
 
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin (DİM) bakalavr pilləsi üzrə sınaq imtahanlarının qiymətini 40, magistr pilləsi üzrə sınaq və qəbul imtahanlarının qiyməti isə 50 manatdır.
0 0

Şərhlər

Oxşar xəbərlər