Axırıncı kursda kəsiri olan, hərbi xidmətə gedən şəhidlərin diplomları ailələrinə verilib
26-11-2022, 07:23
505

Axırıncı kursda kəsiri olan, hərbi xidmətə gedən şəhidlərin diplomları ailələrinə verilib

"Dördüncü kursda oxuyan, lakin kəsri olan, sonradan hərbi xidmətə gedən şəhidlərin əksəriyyətinin diplomları onların ailələrinə verilib".

TehsilForumu.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.

O bildirib ki, diplom dövlət sənədidir: "Ailələr üçün simvolik əhəmiyyəti olsa da, nazir olaraq diplom yazıb vermək səlahiyyətim yoxdur. Diplom verilməsi üçün ali məktəbi bitirən şəxs tələbə-məzun sisteminə düşməli və digər prosedurlardan keçməlidir. 4-cü kursda təhsil alan və bir-iki kəsri olan həmin kateqoriyadan olanların ailəsinə diplomlar təqdim edilib".
0 0

Şərhlər

Oxşar xəbərlər