“Zəfər kuboku” yarışının qalibləri mükafatlandırılıb
30-11-2021, 07:44
537

“Zəfər kuboku” yarışının qalibləri mükafatlandırılıb

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi və “İqtisadçı” İntellektual Klubunun təşkilatçılığı ilə tələbələr arasında “Zəfər kuboku” uğrunda “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.



UNEC-dən TehsilForumu.Az - a bildirilib ki, yarışda 24 komanda iştirak edib. Birinci yerə “Reolicants”, ikinci yerə “Agnes”, üçüncü yerə “United Brains” komandaları layiq görülüb.




Qalib komandalara kubok və diplomlar təqdim olunub.
0 0

Şərhlər

Oxşar xəbərlər