DİM: III ixtisas qrupu üzrə sınaq imtahanında hər iki altqrupu seçənlər coğrafiyadan əlavə imtahan verəcək
30-11-2021, 06:44
595

DİM: III ixtisas qrupu üzrə sınaq imtahanında hər iki altqrupu seçənlər coğrafiyadan əlavə imtahan verəcək

III ixtisas qrupu üzrə sınaq imtahanında iki altqrup - DT və TC üzrə iştirak etmək istəyənlər dekabrın 19-da Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra dekabrın 26-da əlavə olaraq coğrafiya fənnindən imtahan verəcəklər.


Dövlət İmtahan Mərkəzindən TehsilForumu.Az - a  bildirilib ki, coğrafiya fənni üzrə əlavə imtahan Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan,

Xaçmaz və Lənkəranda təşkil olunacaq. Coğrafiya fənni üzrə əlavə imtahanın müddəti 1 saatdır.


Qeyd edək ki, DİM dekabrın 19-da qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək. Sınaq imtahanına qeydiyyat dekabrın 9-u saat 23:59-dək aparılacaq.
0 0

Şərhlər

Oxşar xəbərlər