Rəsmi
30-11-2021, 06:39
1 015
“Təhsildə Keyfiyyət Təminatı Agentliyi” Publik Hüquqi Şəxsi əmtəə nişanı təsdiqlənib
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Müşahidə Şurasının müvafiq protokoluna əsasən “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” Publik Hüquqi Şəxsi əmtəə nişanı təsdiqlənib.
Bu barədə TehsilForumu.Az -a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib. Bildirilib ki, əmtəə nişanının təsdiqlədilməsində məqsəd emblemdən qeyri-qanuni istifadə edilməsi hallarının qarşısının alınması, “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” Publik Hüquqi Şəxsinin müəllif hüquqlarının qorunmasıdır.
“Təhsildə Keyfiyyət Təminatı Agentliyi” Publik Hüquqi Şəxsi əmtəə nişanının sahibi olaraq eyni məhsul və xidmətlər üçün əmtəə nişanından və onun variantlarından istifadə edilməsi üçün müstəsna hüquqa malikdir.

Şərhlər