Bakı Dövlət Universiteti - 102 il
15-11-2021, 10:30
340

Bakı Dövlət Universiteti - 102 il

15 noyabr 1919-cu ildə Azərbaycanın ilk ali təhsil ocağı olan Bakı Dövlət Universiteti (BDU) açılıb.

TehsilForumu.Az xəbər verir ki, Müsəlman Şərqində ilk Avropa tipli ali məktəb olan Bakı Dövlət Universiteti 1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cüm­huriyyəti tərəfindən təsis edilib. Həmin il noyabrın 15-də - şənbə günü isə universitetdə birinci dərs günü olub.

BDU ilk tədris ilinə 2 fakültə – tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başlayıb. İlk rektoru Vasili İvanoviç Razumovski olub.

44 əməkdaşla fəaliyyətə başlayan universitetin 16 fakültə, 124 kafedra, 2 Elmi-Tədqiqat İnstitutu, 3 Elmi-Tədqiqat Mərkəzi, 1 Elmi-Tədqiqat Hissəsi və 24 Elmi Tədqiqat Laboratoriyalarında 3041 nəfər əməkdaş çalışır. 

Hal-hazırda rektoru Elçin Babayevdir.

Hazırda 16 fakültəsində 55 ixtisas üzrə 25 minə qədər tələbə təhsil alır.
0 0

Şərhlər

Oxşar xəbərlər