Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib
15-11-2021, 09:30
361

Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib

TehsilForumu.AzDövlət İmtahan Mərkəzində 2021-ci il noyabrın 13-də TOEFL iBT imtahanı keçirilib.

Koronavirusla (COVID-19) mübarizə ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub. 
İmtahanda 15 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər. 
 

Növbəti TOEFL iBT imtahanının noyabrın 27-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: http://dim.gov.az/activities/exams/toefl/
0 0

Şərhlər

Oxşar xəbərlər