Bakı Şəhəri üzrə Təhsil İdarəsi: Daha 2 məktəb əyani tədrisə qayıtdı
26-11-2021, 16:43
633

Bakı Şəhəri üzrə Təhsil İdarəsi: Daha 2 məktəb əyani tədrisə qayıtdı

Paytaxtdakı 47 və 155 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bu barədə TehsilForumu.Az -a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. 

Bildirilib ki, hər 2 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.


Təhsil müəssisələrində şagirdlərin və məktəbin pedaqoji heyətinin koronavirus infeksiyasına qarşı daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.
0 0

Şərhlər

Oxşar xəbərlər