Mədəni irsin təbliğində və qorunmasında təhsilin rolu” mövzusunda onlayn görüş keçirilib
26-11-2021, 16:29
524

Mədəni irsin təbliğində və qorunmasında təhsilin rolu” mövzusunda onlayn görüş keçirilib

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzdindəki Elmi-Mədəni Mərkəzin Turizm şöbəsinin müdiri Gülarə Abdullayeva və Dünya İrs Şəhərləri Təşkilatına (OWHC) üzv olan ölkələrin nümayəndələrinin iştirakı ilə “Mədəni irsin təbliğində və qorunmasında təhsilin rolu” mövzusunda onlayn görüş keçirilib.

İdarədən TehsilForumu.Az - a bildirilib ki, görüşdə çıxış edən G.Abdullayeva iştirakçılara İçərişəhərdə yerləşən muzeylərə 3D (360 dərəcə) formatında səyahət etmək imkanları və "İçərişəhər" Ənənəvi İncəsənət Mərkəzində keçirilən ustad dərsləri haqqında məlumat verib, mədəni irsin təbliğində bu tədbirlərin oynadığı rol ilə bağlı olaraq təqdimat nümayiş etdirib.

Qeyd edək ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2016-cı ildən OWHC-nin üzvüdür. İdarə son illər ərzində #OWHC ilə səmərəli əməkdaşlıq edir. Bu əməkdaşlığın bir nümunəsi olaraq İçərişəhər 2018-ci il oktyabrın 23-24-də təşkilatın İdarə Heyətinin 46-cı iclasına ev sahibliyi edib.


0 0

Şərhlər

Oxşar xəbərlər