ELMİ JURNALLAR VƏ ONLARIN SAYTI ÜÇÜN VACİB TƏLƏBLƏR- ARAŞDIRMA
25-11-2021, 20:52
745

ELMİ JURNALLAR VƏ ONLARIN SAYTI ÜÇÜN VACİB TƏLƏBLƏR- ARAŞDIRMA

DOAJ (Directory of Open Access Journals – Açıq giriş jurnallarının kataloqu) dünyanın məşhur axtarış sistemlərindən biridir. Bu indeksə üzv olmaqla, orada yerləşdirilən materiallara giriş əldə etmək, eləcə də yalnız jurnalın adını deyil, nəşrdə dərc olunan məqalələri indeksləmək mümkündür. DOAJ-da müvəffəqiyyətlə qeydiyyatdan keçmək üçün aşağıdakı qaydalara mütləq olaraq əməl etmək lazımdır:

TehsilForumu.Az Jurnalın məlumatlara açıq giriş siyəsətini və jurnalınızın müvafiq bazanın standartlarına uyğun lisenziyalaşdırılmasını təmin etmək;
Rəsmi internet saytında qeydiyyatdan keçib və geniş anketi doldurmaq.
Komissiya jurnalın açıqlıq standartları və keyfiyyətə cavab verdiyi haqqında qərar qəbul etdikdən sonra jurnal siyahıya əlavə edilir və indeksləşdirmə prosesi başlayır. Yalnız bundan sonra DOAJ jurnaldan mütəmadi olaraq metaməlumatları göndərməyi tələb etməyə başlayır. Bu məlumatları əsas etibarilə elmi məqalələr və toplular təşkil edir.

Xüsusilə qeyd etmək lazımdır ki, Scopus və Web of Science bazasının mütəxəssisləri jurnallardan indekslənmə üçün arayışları qəbul edərkən onun DOAJ-da indekslənməsinə diqqət yetirirlər. Çünki DOAJ jurnalın inkişaf strategiyasında böyük rol oynayır. Daha doğrusu, DOAJ adi jurnal kataloqları ilə iki nüfuzlu beynəlxalq elmmetrik baza arasında keçid kimi görülür. Qeyd edim ki, DOAJ unikal identifikatora (DOI) malik olan məqalələri dərc edən jurnallara üstünlük verir.

 

Ümumiyyətlə, DOAJ-ın tələblərinə aşağıdakılar daxildir:

Məqalələlərin tam mətni açıq giriş formatında ödənişsiz olmalıdır.
DOAJ verilənlər bazasından jurnalınızın saytına keçid (URL) birbaşa jurnalınızın ana səhifəsində aparılmalıdır.
Jurnalın “Jurnalın biznes-səhifəsi” bölməsində, eləcə də “Jurnalın məqsəd və fəaliyyət sferası”, “Redaksiya heyəti”, “Müəlliflər üçün tələblər”, “Keyfiyyət sisteminə nəzarət”, “Açıq giriş siyasəti”, “Plagiata münasibət siyasəti” lokal olaraq açıq olmalıdır.
Jurnal haqqında bütün məlumatlar, arxiv də daxil olmaqla, bir saytda cəmlənməli, müxtəlif veb-ünvanlara paylanmamalıdır.
Jurnalın çap, yaxud onlayn versiyada qeydiyyata alınmış ISSN kodu olmalıdır.
Jurnalın əsas səhifəsi aydın və istifadə üçün rahat olmalıdır. Birinci səhifədə digər səhifələrə keçidlər qoyulmalıdır. Birinci səhifədə göstərilməlidir ki, jurnal etik qaydalara və peşəkar standartlara yüksək səviyyədə riayət edir. “Əsas səhifə”də cari buraxılışa, eləcə də arxivə, keçmiş saylara, axtarış səhifəsinə, redaksiya heyətinə, jurnal haqqında məlumatlara, əlaqə məlumatlarına keçidlər yaradılmalıdır.
Saytın səhifələrində jurnalla əlaqə vasitələrinin (ad, vəzifə, elektron poçt), həmçinin redaksiya heyəti üzvlərinin hər birinin ad, soyadları göstərilməlidir. Bu hissə də müasir tələblər səviyyəsində hazırlanmalıdır.

Jurnalın əsas səhifəsi aydın və istifadə üçün rahat olmalıdır. Birinci səhifədə digər səhifələrə keçidlər qoyulmalıdır. Birinci səhifədə göstərilməlidir ki, jurnal etik qaydalara və peşəkar standartlara yüksək səviyyədə riayət edir. “Əsas səhifə”də cari buraxılışa, eləcə də arxivə, keçmiş saylara, axtarış səhifəsinə, redaksiya heyətinə, jurnal haqqında məlumatlara, əlaqə məlumatlarına keçidlər yaradılmalıdır.
Saytın səhifələrində jurnalla əlaqə vasitələrinin (ad, vəzifə, elektron poçt), həmçinin redaksiya heyəti üzvlərinin hər birinin ad, soyadları göstərilməlidir. Bu hissə də müasir tələblər səviyyəsində hazırlanmalıdır.
Bütün elmi məqalələr saytda yayımlanmazdan öncə keyfiyyətə nəzarət sistemindən (yaxud redaksiya ekspert qiymətləndirilməsindən) keçməlidir.
“Müəlliflər üçün tələblər” bölməsinə keçid “Əsas səhifə”də aydın görünməlidir.
Saytda müəlliflərin elmi məqalələrinin dərci üçün mümkün maliyyə xərclərini aydın şəkildə göstərən səhifə olmalıdır. Əgər jurnal elmi məqalənin nəşri üçün heç bir maliyyə tələb etmirsə, bu da aydınlığı ilə əks olunmalıdır.
Saytın səhifələrindən birində məqalələrin bütün mətninin heç bir məhdudiyyət olmadan oxucular üçün açıq olduğu, yəni jurnalın açıq giriş siyasəti yürütdüyü göstərilməlidir.
Beləcə, sizin jurnalın saytında aşağıda göstərilən bölmələr qeyd olunarsa, bunlar DOAJ tərəfindən müsbət qarşılanacaq və jurnalınızın bu platformada indekslənməsinə imkan genişlənəcək.


 - Fokus və əhatə dairəsi (Focus and Scope)

 - Bölmələr (Section Policies)

 - Açıq giriş siyasəti (Open Access Policy)

 - Nəşr maraqları bəyanatı (Conflict-of-Interest Statement for publications)

 - Razılıq məlumatı, Məxfilik və Məxfilik bildirişi (Informed Consent, Privacy and Confidentiality Statement)

 - Nəşr etikası (Publication Ethics and Publication Malpractice Statement)

 - Müəlliflər üçün qaydalar (Author Guidelines)

 - Redaksiya heyəti (Editorial Board)

 - Müəllif hüquqları bildirişi (Copyright Notice)

 - Məxfilik bəyannaməsi (Privacy Statement)

 - Jurnal sponsorluğu (Journal Sponsorship)

 - Baş redaktordan (Editorial Team)

 - Axtarış (Search)

 - Arxiv (Archives)

 - Cari (Current)

 - Əlaqə (Contacts)

 - Anti-plagiat siyasti (A policy of screening for plagiarism)

 - Rəy prosesi (Review process for papers)

 - Məqalələrin işlənməsi / Təqdim edilməsi xərcləri (Article processing / submission charges)

  

Diqqət “Əsas səhifə”yə yönəlməlidir.

Saytın “Əsas səhifə”si dəqiq, lakonik və istifadə üçün rahat istiqamətverici olmalıdır. Bu səhifə digər səhifələrə keçidləri özündə rahat şəkildə birləşdirməlidir. “Əsas səhifə”də jurnalın etik və peşəkar yayım standartlarına yüksək səviyyədə riayət etdiyi aydın şəkildə göstərilməlidir. (Principles of Transparency and Best Practice in Scholarly Publishing). Qısaca deyə bilərik ki, əsas səhifə özündə aşağıdakı məlumatları ehtiva etməlidir:

Cari, yaxud hazırkı nömrə;
Arxiv, yaxud jurnalın ötən buraxılışı;
Ötən nömrələrin axtarışı;
Jurnal haqqında əsas məlumatlar;
Jurnalın redaksiya heyəti;
Əlaqə məlumatları.
 

 

 

 

OPEN JOURNAL SİSTEMS (OJS) Açıq jurnal sistemi nə üçün tətbiq olunur?

OPEN JOURNAL SİSTEMS adından da göründüyü kimi, elmi jurnalların açıq onlayn və ödənişsiz yayımlanmasını təmin edən beynəlxalq platformadır. Funksionallığı baxımından OJS-nin dünyada analoqu yoxdur. OJS yalnız məqalələrin internet şəbəkəsi üzərindən yayımını təmin etmir, eyni zamanda bütün nəşr prosesini, o cümlədən, məqalələrin əlyazma halında qəbulundan başlamış, rəydən keçirilməsinə, eləcə də məqalələrin kataloqlaşdırılmasına qədər bütün prosesi icra edir. Qeyd edim ki, bu gün dünyada WordPress, Joomla, Drupal kimi platformalar OJS ilə rəqabətdə uduzurlar. Ona görə ki, OJS-nin fəaliyyəti elmmetrik bazaların bütün tələblərinə cavab verir.

DOAJ hansı jurnalları qəbul edir?

DOAJ elmin bütün sahələrini əhatə edən elmi jurnalları qəbul edir və onları indeksləyir. Bazanınn əməkdaşları ABŞ Konqres Kitabxanasının kvalifikasiya sxemindən istifadə edirlər. DOAJ o nəşrləri qəbul edir ki, onlar elmi məqalələrin tam mətnini nəşr edirlər. Akademik, dövlət, kommersiya, qeyri-kommersiya, eləcə də özəl nəşrlər DOAJ-ın sıralarında ola bilərlər. Bu jurnalların məqsədli auditoriyası tədqiqatçılardır. Əgər jurnal tələbələr tərəfindən idarə olunursa, ora ən azı iki elmlər namizədi məsləhətçi kimi dəvət olunmalıdır. DOAJ diqqət yetirir ki, jurnalda dərc olunan məqalələr, yaxud xülasələr original olsun. İndeksə müraciət edən zaman sizə belə bir sualla da müraciət edə bilərlər: son təqvim ilində jurnalda neçə tədqiqat işi və xülasə yayımlanıb? Jurnalda dərc olunan məqalələr saytda heç bir embarqo qoyulmadan bütöv şəkildə yayımlanmalıdır. DOAJ bütün dillərdə dərc olunan jurnalları qəbul edir. Jurnalın çap versiyası satıla bilər, buna məhdudiyyət yoxdur.   

 

Elmi jurnal saytında reklam ola bilərmi?

Elmi jurnalların saytında reklam yerləşdirmək mümkündür, amma bu, jurnal və kitabların, müvafiq çap məhsullarının reklamı ola bilər. Müxtəlif firmaların, şirkətlərin biznes maraqlarını ifadə edən reklamlara elmi jurnalların saytında yer verilməsi mümkün deyil. Kitab və jurnallar haqqında yerləşdirilən reklamlar elə tərtib olunmalıdır ki, onlar oxucuların diqqətini yayındırmasın, oxucuların veb-saytdan istifadəsini çətinləşdirməsin.  

Davamı olacaq.

 
0 0

Şərhlər

Oxşar xəbərlər