İctimai Şuraya təkrar seçkilər keçiriləcək
24-11-2021, 15:30
455

İctimai Şuraya təkrar seçkilər keçiriləcək

TehsilForumu.Az xəbər verir ki, 26 noyabr saat 11:00-da Nizami küçəsi 183 ünvanında yerləşən Azərbaycan-Fransız Universitetinin akt zalında (UFAZ) Təhsil Nazirliyi yanında İctimai

Şuranın boş qalan yerlərinə təkrar seçkilər keçiriləcək. 


Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, Təhsil Nazirliyi yanında İctimai Şura üzvlərinin say həddi 9 nəfər müəyyən edilib. 23 noyabr tarixində keçirilmiş seçkilər zamanı səsvermə nəticəsində seçicilərin yarısından çoxunun səslərini  toplayan 5 nəfər üzv seçilib. 


Təkrar seçkilərin nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.
0 0

Şərhlər

Oxşar xəbərlər