Rəsmi
23-11-2021, 14:05
475
Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası
AMEA-nın Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İnstitutdan TehsilForumu.Az - a bildirilib ki, onlayn formatda təşkil olunan iclasda elmi müəssisənin direktoru vəzifəsini icra edən aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov gündəlikdəki məsələlərlə bağlı iştirakçıları məlumatlandırıb.
Yığıncaqda institutun Tətbiqi Zoologiya Mərkəzinin müdiri biologiya elmləri üzrə fəlsəfə doktoru Barat Əhmədov cari ildə əməkdaşlar tərəfindən aparılan elmi-tədqiqat işləri, təşkil olunan ekspedisiyalar və yeni hazırlanan kadr potensialı haqqında ətraflı məlumat verib.
Sonra Hidrobiologiya laboratoriyasının müdiri biologiya elmləri üzrə fəlsəfə doktoru Adil Əliyev hesabat ilində laboratoriyada 2 mövzuya aid 6 iş üzrə tədqiqatlara başlanıldığını qeyd edib.
İclasda, həmçinin Paleozoologiya laboratoriyasının müdiri vəzifəsini icra edən biologiya elmləri üzrə fəlsəfə doktoru Könül Tapdıqova IV dövr Binəqədi flora və fauna təbiət abidəsində aparılan tədqiqat işindən danışıb.
İclasın sonunda şura üzvlərini maraqlandıran suallar məruzəçilər tərəfindən cavablandırılıb və təqdim olunan hesabatlar qənaətbəxş hesab olunub.

Şərhlər