Muzeydə nadir çay dəsti qorunur
22-11-2021, 20:42
519

Muzeydə nadir çay dəsti qorunur


AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Hədiyyələr və xatirə əşyaları fondunda XIX-XX əsrlərə aid Almaniya istehsalı olan nadir çay dəsti qorunur.





Bu barədə TehsilForumu.Az -a muzeydən məlumat verilib. Bildirilib ki, çay dəsti köhnə Bakının nüfuzlu ziyalıları arasında zadəgan titulu ilə tanınan Aşurbəyov nəslindən olan Ağaşərif Aşurbəylinin olub.





Nadir çay dəsti - çaydan, qənd qabı, süd qabı, fincandan ibarətdir. Ağ fayansdan olan dəst dekol və qızıl işləməlidir. Dəstin bütün qabları üzərində A.Aşurbəylinin fotoşəkilləri həkk olunub.

0 0

Şərhlər

Oxşar xəbərlər