
Rəsmi
22-11-2021, 16:37
597
BDU “Şəhidim” adlı məqalə müsabiqəsinin nəticələri ilə bağlı tədbir keçirib
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “Gələcəyin tarixi” klubunun təşkilatçılığı ilə Azərbaycan
Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) ofisində “Şəhidim” adlı məqalə müsabiqəsinin nəticələri ilə bağlı tədbir keçirilib.
Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) ofisində “Şəhidim” adlı məqalə müsabiqəsinin nəticələri ilə bağlı tədbir keçirilib.
Bu barədə TehsilForumu.Az - a BDU-dan məlumat verilib. Bildirilib ki, tədbirdə klubun rəhbəri Güllü Həsənzadə çıxış edərək vətənpərvərlik ruhunda və şəhidlərimizin tələbə gənclər arasında təbliği istiqamətində müsabiqənin əhəmiyyətini vurğulayıb, klubun bu sahədə həyata keçirdiyi layihələrdən söz açıb. Sonra tələbələr öz məqalələri ilə çıxış edib, şəhidlər barədə videoçarxlar nümayiş olunub.
Müsabiqə komissiyasının qərarına əsasən l yerə BDU-nun Tarix fakültəsinin tələbəsi Lalə Mollayeva, ll yerə Coğrafiya fakültəsinin tələbəsi Ümid Bilalov, lll yerə Tarix fakültəsinin tələbəsi Mehriban Abdullayeva layiq görülüb.
Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbəsi Məhəmməd Əsədli, Tarix fakültəsinin tələbəsi Ana Yusifli və Coğrafiya fakültəsinin tələbəsi Fidan Aslanova isə təşəkkürnamələrlə təltif olunublar.
Şərhlər