Rəsmi
21-11-2021, 16:09
783
Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyi Ekspert Komissiyası ATU-ya səfər edəcək
TehsilForumu.Az xəbər verir ki, Azərbaycan Tibb Universiteti (ATU) ilə Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyi (Independent Agency For Accreditation and Rating - IAAR) arasında 2021-ci ildə müqavilə imzalanıb.
Müqavilə ATU-nun tədris proqramlarının beynəlxalq akkreditasiyadan keçirilməsini nəzərdə tutur. Artıq akkreditasiya prosesinə start verilib. Müqavilənin şərtləri çərçivəsində 21–25 noyabr 2021-ci il tarixlərində Agentliyin Xarici Ekspert Komissiyası Bakıya səfər edəcək. Xarici ekspert komissiyasına müxtəlif ölkələrdən olan ekspertlərlə yanaşı, Azərbaycandan da ekspertlər daxil edilib.
Komissiya üzvləri ATU-da təhsil proqramlarının keyfiyyətinin qiymətləndirilməsi üzrə yoxlamalar keçirəcəklər.
Səfərzamanı ATU-nun tədris prosesinin təşkili, təhsil proqramlarının icrası, dekanlıqların fəaliyyəti, kliniki bazaların, struktur vahidlərinin və s. işinin akkreditasiya üçün müəyyən edilmiş qayda və meyarlara uyğunluğu qiymətləndiriləcək.
2011-ci ildə fəaliyyətə başlayan Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentlik Dünya Tibb Təhsili Federasiyası (WFME) tərəfindən də tanınır.

Şərhlər