
Rəsmi
21-11-2021, 15:30
1 012
Azərbaycanda daha bir müəllim koronavirusdan vəfat etdi.
Qusar şəhərindəki şəhid Bəhruz Ağaverdiyev adına 1 saylı orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Zemfira Salmanova koronavirusdan vəfat edib.
TehsilFirumu.Az xəbər verir ki, bu barədə iş yoldaşları məlumat verib.
Mərhum müalicə olunduğu Quba regional COVİD xəstəxanasında dünyasını dəyişib.
Zemfira Salmanovanın bu günlərdə virus əleyhinə 3-cü doza peyvənd olunduğu da bildirilir.
Şərhlər