
Rəsmi
20-11-2021, 19:37
890
Təhsil məmurları cəzalandırıldı!?
TehsilForumu.Az xəbər verir ki, Təhsil naziri keçən tədris ili ölkə üzrə məktəblərin oduncaq və dizel yanacağı ilə təminatında pozuntulara yol verən bir sıra yerli təhsil idarəetmə orqanları əməkdaşlarına və məktəb rəhbərlərinə xəbərdarlıq və intizam tənbehi tətbiq etmişdir.
Burada maraqlı hal budur ki, yarım ildən artıq müddətdə aparılan yoxlamaların nəticəsinə görə cəzalananların heç biri işdən azad edilməmiş, onlara sadəcə xəbərdarlıq və ya töhmət elan edilmişdir. Hətta bəzi hallarda onların həyata keçirdiyi korrupsiya halları aşkarlansa da, mənimsədikləri vəsaiti büdcəyə qaytarmaqla yüngül formada cəza ilə canlarını qurtarmışlar.
Belələrindən biri pedaqoji ictimaiyyətə müsbət imicini sırımağı bacaran 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Elçin Həsənzadəyə son xəbərdarlıq edilməklə şiddətli töhmət verilməsi isə təəccübə səbəb olmuşdur. Zatən onlar arasında ən ağır cəzaya da elə bu ən yüksək vəzifəli şəxs məruz qalmışdır. İndi hamı arxayındır ki, hətta büdcə vəsaitini mənimsəsələr belə uzağı onu geri qaytarmaqla cəzadan qurtula bilərlər. Məhz bu kimi hallara görə bu il də məktəblərin istiliklə təminatı hələ də tam həyata keçirilməyib.
Şərhlər