Zəfər yolu” inşa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi baş tutub.
20-11-2021, 12:29
289

Zəfər yolu” inşa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi baş tutub.

TehsilForumu.Az xəbər verir ki, Noyabrın 19-da ümumi təhsil müəssisələrinin VIII-XI sinif şagirdləri arasında keçirilmiş “Zəfər yolu” inşa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi baş tutub.


Təhsil Nazirliyi tərəfindən "Bulvar Hotel"də keçirilmiş "Zəfər yolu" inşa müsabiqəsinin mükafatlandırılması mərasimində Xaçmaz rayonu Əzizəddin Tahirov adına Köhnə Xaçmaz tam orta məktəbin IX sinif şagirdi Xəlilova Ləman Zamiq qızı respublika turunda I yerə layiq görülmüşdür.

I dərəcəli diplom və qiymətli hədiyyə ilə təltif edilmişdir.


Şagirdimizi təbrik edir, ona təhsilində uğurlar arzulayırıq.
0 0

Şərhlər

Oxşar xəbərlər