Siyəzən rayon Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 29-cu ildönümü ilə əldaqədar tədbir keçirilmişdir.
20-11-2021, 12:23
246

Siyəzən rayon Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 29-cu ildönümü ilə əldaqədar tədbir keçirilmişdir.

TehsilForumu.Az xəbər verir ki, 19 noyabr 2021-ci il tarixində Siyəzən rayon Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 29-cu ildönümü ilə əldaqədar tədbir keçirilmişdir. 


Tədbir Ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinə 1 dəqiqəlik sükutla yad etməklə başladı. 

Tədbirdə Siyəzən rayon Heydər Əliyev Mərkəzinin direktoru İxtiyar İsayev çıxış edərək bildirdi ki, Partiyamız yarandığı vaxtdan xalqımıza xidmət onun başlıca amalı olub. 

Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipinə söykənən Yeni Azərbaycan Partiyası ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstərib.
0 0

Şərhlər

Oxşar xəbərlər