Nazir koronavirusa görə distant təhsilə keçən məktəblərin sayını açıqlayıb.
20-11-2021, 11:47
306

Nazir koronavirusa görə distant təhsilə keçən məktəblərin sayını açıqlayıb.

“Əgər məktəbdə 6-7 müəllim arasında yoluxma olarsa, onların tədris apardığı siniflər təhlil olunur. Müəllimlərin daha çox sinfə girdikləri, daha çox insanla ünsiyyətdə olduqları müəyyənləşdirilir".
 

TehsilForumu.Az Report-a istinadən xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev deyib.


Onun sözlərinə əsasən, qaydalara görə ünsiyyətdə olan şəxslər müvəqqəti karantinə alınırlar:

“Bu səbəbdən ayrı-ayrı siniflər və məktəblərdə distant təhsilə keçid olacaq. Tədris ilinin əvvəlindən təxminən 50-yə yaxın məktəbdə belə hal olub. Əsasən böyük şəhərlərdə olur.


Çünki onlarda sıxlıq daha çox olur. Ümumilikdə Azərbaycanda 4 450-yə yaxın məktəbin olmasını nəzərə alsaq, 50-yə yaxın məktəb kifayət qədər kiçik rəqəmdir”.
0 0

Şərhlər

Oxşar xəbərlər