Müəllimlərin sertifikasiyası və dərs yükü: Təhsil ekspertləri fərqli fikirlərdə
19-11-2021, 16:50
1 048

Müəllimlərin sertifikasiyası və dərs yükü: Təhsil ekspertləri fərqli fikirlərdə

 TehsilForumu.Az ​xəbər verir ki, ​​​Təhsil eksperti Nadir İsrafilov 6 saat civarında dərs yükünə və çoxillik təcrübəyə malik müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin bundan sonra sertifikasiya formasında icra ediləcəyindən asılı olmayaraq, onların 18 saatlıq dərs yükünün toxunulmazlığı təmin edilməli olması, dövlət təhsil sənədi olmayan və müsabiqədənkənar işə qəbul olunan, lakin diaqnostik qiymətləndirməyə buraxılmayan yüzlərlə müəllimin taleyinə aydınlıq gətirilməsinin vacibliyi barədə fikirlər səsləndirib. O, həm də, iddia edib ki, attestasiyanın qərarları yalnız tövsiyə xarakterlidir, yəni qanunvericiliyin tələblərinə görə sertifikasiyanın nəticəsindən asılı olaraq onların işdə saxlayıb-saxlamamaq məsələsi müəssisə rəhbərinin səlahiyyətindədir və attestasiya nəticəsində müəllimlərin işdən azad edilməsi yolverilməzdir.

Bu məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədovun mövqeyini öyrənib. Kamran Əsədov bu barədə aşağıdakı fikirləri bildirib:

Azərbaycan Respublikasının Təhsil nazirinin 4 oktyabr 2019-cu il F-595 əmri ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin, psixoloqların və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları”da təhsil müəssisələrinin rəhbərləri tərəfindən heyət arasında dərs yükünün bölüşdürülməsi, onların karyera inkişafı, əməyinin rəğbətləndirilməsi zamanı diaqnostik qiymətləndirilmənin nəticələrinin nəzərə alınması, diaqnostik qiymətləndirilmədə iştirak edərək hər bir bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş heyət diaqnostik qiymətləndirilmədən keçmiş heyət hesab olunmaması və ümumi təhsil müəssisələrində dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmədə iştirak edərək hər hansı bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş, üzrsüz səbəbdən diaqnostik qiymətləndirmədə iştirak etməmiş, həmçinin, 10 baldan aşağı nəticə göstərmiş müəllimlər üçün minimum dərs yükünün 6 saat müəyyənləşdirilməsi birmənalı olaraq qeyd edilib. Müəllimlərin dərs bölgüsü zamanı onlara dərs yükünün diaqnostik qiymətləndirmədə topladığı ballara uyğun proporsional olaraq bölünməsi tam ədalətli olmasa da, mövcud qaydalara tam uyğundur. Hazırda dərs bölgüsü üçün tətbiq edilən bu qayda mövcud vəziyyətdə və sertifikasiyaya qədər məntiqi olmaqla yanaşı, həm də tam doğru addımdır.

Əgər burada dövlət nümunəli sənədi olmayan və ya saxta təhsil sənədi olan müəllimlərin sertifikasiyasından söhbət gedirsə, bu məsələlərin rəsmi səviyyədə müzakirəsinin formatını belə təsəvvür etmirəm. Müəllimlərin mərkəzləşmiş işə qəbul müsabiqədən kənar işə qəbul olunan müəllimlər üçün təkrar müsabiqədə iştirak edib minimum keçid balını toplamaqla qanuni işə qəbul olunmaq fürsəti yaradılmışdı. Onlar uğur qazanacaqları təqdirdə işlədikləri müəssisədə vakant dərs saatı varsa, həmin yerə, əks halda digər məktəblərdəki vakansiyalara yerləşdirilirdi. Təəssüf ki, onların bir qismi yaradılan bu imkandan istifadə etmədilər. Bununla belə, yuxarıda qeyd etdiyim qrupdan olan müəllimlər, həmçinin diaqnostik qiymətləndirmədə iştirak edərək hər hansı bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş, üzrsüz səbəbdən diaqnostik qiymətləndirmədə iştirak etməmiş, həmçinin, 10 baldan aşağı nəticə göstərmiş müəllimlər sertifikasiyaya buraxılandan və uğur qazanandan sonra bütün sanksiyalardan azad olunması şansını qazanacaqlar.

Serifikasiyanın nəticəsində vəzifəyə uyğun olmayan müəllimlərin təkrar sertifikasiyadan keçib uğur qazanmaq şansından sonra belə işdən azad edilməsinin yolverilməzliyi qanunvericilikdə nəzərdə tutulmayıb. Əgər doğurdan müəllimləri sertifikasiyanın nəticəsindən asılı olmayaraq işdən azad etmək olmazsa, onda bu sertifikasiyanın keçirilməsinin məqsədi və mənası nə ola bilər? Şübhəsiz ki, əgər sertifikasiyadan təkrar olaraq keçməyən müəllimlərin işdən azad edilməsi onları əvəz edəcək yeni kadrlar varsa, təhsilin inkişafına xidmət edən amil olacaq. Belələrinin işdə saxlayıb-saxlamamaq məsələsi yalnız o halda müəssisə rəhbərinin səlahiyyətində ola bilər ki, onları əvəz etmək üçün kadrlar olmasın. Yəni, təkrar sertifikasiyadan keçməyən müəllimlərin vəzifəsi vakansiyaya çıxarılmalı, onların yerinə yeni kadrlar gəldikdən sonra onlar işdən azad olunmalıdırlar.
0 0

Şərhlər

Oxşar xəbərlər