AƏSMA-da Elektron kitabxananın təqdimatı keçirilib
19-11-2021, 15:52
407

AƏSMA-da Elektron kitabxananın təqdimatı keçirilib

18 noyabr 2021-ci ildə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının professor - müəllim heyəti və tələbələrinin iştirakı ilə Elektron kitabxananın təqdimatı keçirilib.

TehsilForumu.Az xəbər verir ki, təqdimat “ONE BRAIN MMC” şirkətinin direktoru Şəfa Sarısoy və proqram inzibatçısı Emin Əhədi tərəfindən dinləyicilərə təqdim edilib.

Şəfa Sarısoy qeyd edib ki, hazırda AƏSMA-nın kitabxanasında 19.967 kitab fondu var və onlardan 200-ə yaxın kitab, AƏSMA Elmi - praktik jurnalının 15 nömrəsi, 74 tədris proqramı, 54 mühazirə mətnləri E-kitabxana paltformasında yerləşdirilmişdir.

Təqdimatda professor - müəllim, tələbə heyətinə elektron kitabxanadan istifadə qaydaları izah edilib.

Təqdimatın sonunda “Tədris və elmi işlər” üzrə prorektor prof. F.F.Mehbalıyev çıxış edərək bildirib ki, informasiya quruculuğu proseslərinin sürətlə inkişaf etdiyi dövrdə elektron kitabxananın xidməti önəmli xarakter daşıyır və oxucuların informasiya tələbatının ödənilməsində elektron kataloqun müstəsna rolu vardır. Elektron kitabxana oxuculara lazım olan ədəbiyyat haqqında məlumat əldə etməklə yanaşı mətnləri birbaşa oxumaq imkanı da yaradır. Bu baxımdan rektor prof. H.T.Qaraşovun qayğısı və diqqəti sayəsində həm professor-müəllim heyətinin, həm də Akademiyamızın tələbələrinin istifadəsi üçün müasir dövrün tələblərinə cavab verən elektron kitabxana yaradıldı. Prof. F.F.Mehbalıyev “ONE BRAIN MMC” şirkətinin direktoru Şəfa Sarısoya və kitabxananın müdiri Maya Abdullayevaya öz təşəkkürünü bildirib.

Təqdimatdan sonra kitabxananın müdiri Maya Abdullayeva pandemiya ilə əlaqədar silsiləvi tədbirlərin həyata keçirilməsində müəyyən çətinliklər olduğunu qeyd edərək, prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi və Aşıq Ələsgər” ili elan edilməsi haqqında verdiyi sərəncama əsasən, hər iki şəxsiyyət haqqında qısa məlumat verdi və tədbirdə Nizami Gəncəvinin sözlərinə, Üzeyir Hacıbəyovun bəstələdiyi “Sənsiz” romanı və aşıq musiqisi olan Ruhani üstündə A. Ələsgərin şeirləri səsləndirilib.

“Kitab bayramı” kimi qeyd olunan tədbirin sonunda AHİK- in sədri Millət vəkili prof. S.S. Mehbalıyevin "Hədəfimiz hüquqlarımızın müdafiəsidir" adlı kitabı hədiyyə olaraq tədbir iştirakçılarına təqdim edilib.
0 0

Şərhlər

Oxşar xəbərlər