NDU müəlliminin elmi məqaləsi Rusiyanın Penza şəhərində dərc olunub
19-11-2021, 13:30
210

NDU müəlliminin elmi məqaləsi Rusiyanın Penza şəhərində dərc olunub

Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsi, Təsviri incəsənət kafedrasının müəllimi, Səyyarə Sadıxovanın elmi məqaləsi Rusiyanın Penza şəhərində “Avropa Elmi Konfransı” (“European Scientific Conference”) adlı jurnalda dərc olunub.

TehsilForumu.Az  xəbər verir ki, “Naxçıvan xalçalarında naxışların bədii xüsusiyyətləri” adlı məqalədə Azərbaycan xalça məktəblərinin Naxçıvan qrupundan bəhs olunur. Naxçıvan xalça naxışları təsnif olunur və onların izahı verilir.

Xalça naxışlarının da təhlil edildiyi məqalədə bu qrupa daxil olan xalçaların özünəməxsus xüsusiyyətləri, rəng və kompozisiya həllindən də danışılır. 
0 0

Şərhlər

Oxşar xəbərlər