Məktəblinin Robototexnika Təlimi Klubu" layihəsi çərçivəsində təlimlər uğurla davam edir
19-11-2021, 08:48
300

Məktəblinin Robototexnika Təlimi Klubu" layihəsi çərçivəsində təlimlər uğurla davam edir

TehsilForumu.Az xəbər verir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalib olmuş Qəbələ rayonu Vəndam qəsəbə 2 saylı tam orta məktəbin müəllimi Səadət Məhərrəmovanın "Məktəblinin Robototexnika Təlimi Klubu" layihəsi çərçivəsində Qəbələ şəhəri 3 saylı tam orta məktəb, Qəbələ şəhəri 5 saylı tam orta məktəb, Qəbələ rayon Vəndam qəsəbəsi 2 saylı tam orta məktəbində təlimlər uğurla davam edir.


Layihənin təlimçisi Ayaz Məmmədov tərəfindən təlim iştirakçılarına Mikrokontroller nədir? Necə işləyir?, Proqramlaşdırma haqqında ilkin anlayışlar, Arduino İDE ilə tanışlıq, Dəyişənlər və tipləri haqqında, Dövr operatorları, Tester ilə tanışlıq onun funksiyaları və xüsusiyyətləri, Displeylər haqqında nəzəri məlumat, displey ilə təcrübə, Mətnlərin LCD monitorda göstərilməsi, Arduino ilə tanışlıq və praktiki təcrübələr, Potensiometr haqqında nəzəri məlumat, işləmə prinsipi və növləri, Leqo ilə tanışlıq və praktiki təcrübələr.
 

Cihazların uzaqdan idarə olunması haqqında anlayışlar və uzaqdan  idarəetmənin növləri, Pultla və infraqırmızı sensor ilə təcrübə, İşığın pultla söndürülüb yandırılması, Diodlar haqqında nəzəri məlumat, işləmə prinsipi və növləri, 3 d qələm ilə tanışlıq və praktiki təcrübələr, Müasir robotlar, bulutuz ilə idarə olunan maşın, maneəden qaçan robot maşın, robot qol və s. haqqında geniş məlumat verilir, praktiki təcrübələr həyata keçirilir.
 
 

0 0

Şərhlər

Oxşar xəbərlər