Bakıda 282 nömrəli məktəbin müəllimləri koronavirusa yoluxub
19-11-2021, 06:59
667

Bakıda 282 nömrəli məktəbin müəllimləri koronavirusa yoluxub

Bakıda 282 nömrəli tam orta məktəbin bir neçə müəlliminin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "TehsilForumu.Az - "a verilən məlumata görə, bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında həmin müəllimlər üçün 14 günlük karantin müddəti tətbiq olunub.

Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və mütəmadi olaraq monitorinqlər aparılır
0 0

Şərhlər

Oxşar xəbərlər