Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunan silsilə tədbirlər davam edir
18-11-2021, 22:05
322

Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunan silsilə tədbirlər davam edir

TehsilForumu.Az - Quba Rayon Təhsil Şöbəsinin 10 sentyabr 2021-ci il tarixli F-18 nömrəli əmrinə əsasən tabeliyində fəaliyyət göstərən  məktəblərdə ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Keçirilən tədbirlərdə şagirdlər və məktəb müəllimləri iştirak edib.

Tədbirdə çıxış edənlər Azərbaycan şeirinin ən böyük nümayəndələrindən olan və bu şeiri ən uca zirvələrə qaldıran Aşıq Ələsgərin həyat və fəaliyyəti haqqında, o cümlədən zəngin poetik irsi barədə məlumat veriblər.

Həmçinin, tədbir boyunca şagirdlər ustad sənətkarın yaradıcılığından ədəbi-bədii kompozisiyalar səsləndiriblər.


0 0

Şərhlər

Oxşar xəbərlər