Dövlət İmtahan Mərkəzi imtahanlarda nəzarətçi qismində iştirak edəcək şəxslər üçün təlimlər keçirir
10-01-2022, 12:51
249

Dövlət İmtahan Mərkəzi imtahanlarda nəzarətçi qismində iştirak edəcək şəxslər üçün təlimlər keçirir

Dövlət İmtahan Mərkəzi imtahanlarda nəzarətçi qismində iştirak edəcək şəxslər üçün təlimlər keçirir


Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 6-dan etibarən bu il keçiriləcək imtahanlarda nəzarətçi qismində iştirak edəcək şəxslər üçün təlimlərə başlayıb.

DİM-dən TehsilForumu.Az - a bildirilib ki, təlimlərə imtahanlarda nəzarətçi qismində ilk dəfə iştirak edəcək şəxslər cəlb olunur. Martın 9-dək davam edəcək təlimlər Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları tərəfindən aparılır. 

Respublikanın bütün şəhər və rayonlarında keçiriləcək təlimlərdə 7362 nəzarətçi-müəllimin də iştirak edəcəyi gözlənilir.
Təlimlər ayrı-ayrı rayonlar (şəhərlər) üzrə 15-20 nəfərlik qruplarla həyata keçirilir. Təlimlərdə iştirakçılara imtahanın gedişi – abituriyentlərin imtahan zalına buraxılması zamanı sənədlərin yoxlanılması, öz sıra və yerlərində oturmaları, cavab kartlarının (vərəqlərinin), sual kitabçalarının paylanılmasında diqqət etməli olduqları məqamlar, nəzarətçi protokolunun düzgün doldurulması, abituriyentlərin davranış qaydalarına uyğun hərəkət etməsi, imtahan rəhbərləri ilə koordinasiyalı fəaliyyətin qurulması və imtahan zalının idarə olunma qaydası izah olunur.


Bunların yaddaşda möhkəmləndirilməsi məqsədilə imtahanın bütün mərhələlərini özündə əks etdirən təqdimat və videorolik nümayiş etdirilir.

 Təlimlərdə, həmçinin açıq tipli test tapşırıqlarının cavablarının qeyd olunması və xarici dil fənni üzrə imtahanda “dinləyib-anlama” bacarıqlarının yoxlanılması üçün istifadə olunacaq dinləmə qurğusunun işlədilmə qaydaları nəzarətçilərin diqqətinə çatdırılır.
0 0

Şərhlər

Oxşar xəbərlər